...

"BakuBus" nümunəvi sürücüləri təltif etdi (FOTO)

Cəmiyyət Materials 9 Avqust 2016 12:49 (UTC +04:00)
Bu gün “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bir illik fəaliyyəti ilə bağlı olaraq, ictimai nəqliyyat vasitəsinin idaarə edilməsi zamanı nümunəvi fəaliyyətinə, qaydalara yüksək əməl etdiyinə və sərnişin məmnunluğu qazandığına görə bəzi sürücüləri müxtəlif nominasiyalar üzrə təltif edib və qiymətli hədiyyələrlə mükafatlandırıb.
"BakuBus" nümunəvi sürücüləri təltif etdi (FOTO)

Bakı. Trend:

Bu gün “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bir illik fəaliyyəti ilə bağlı olaraq, ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı nümunəvi fəaliyyətinə, qaydalara yüksək əməl etdiyinə və sərnişin məmnunluğu qazandığına görə bəzi sürücüləri müxtəlif nominasiyalar üzrə təltif edib və qiymətli hədiyyələrlə mükafatlandırıb.

Trend-in məlumatına görə, tədbirdə çıxış edənlər sərnişindaşıma xidməti sahəsində sürücülük fəaliiyyətinin xüsusi önəm daşıdığını vurğulayıblar. Qeyd olunub ki, fəaliyyətə başladığı ilk gündən sərnişinlərin təhlükəsizliyini, rahatlığını eyni zamanda sərnişin-sürücü münasibətlərindəki xoşagəlməz məqamlara son qoymağı əsas fəaliyyət istiqaməti seçən MMC, peşəkar sürücülərin hazırlanması və onların sınaqdan keçirilməsində ən müasir standartalara əsaslanıb. İş şəraitində yol verdiyi nöqsanlara görə inzibati qaydada məsuliyyətə cəlb olunun sürücülərlə yanaşı, nümunəfi fəaliyyəti ilə seçilən sürücülərin mükafatlandırılması, təltif olunması, sürücülər üçün əlavə stimiul yaradacaq və öz peşələrinə vicdanla, məsuliyyətlə yanaşmağı təmin edəcək.
Təltif olunan sürücülər göstərilən diqqətə görə gələcəkdə sərnişindaşıma fəaliyyətində daha intizamlı və məsuliyyətli olacaqlarını vurğuladılar.
Sonda ictimai nəqliyyat vasitəsinin idarə edilməsi zamanı nümunəvi fəaliyyət göstərən sürücülər “BakuBus” adından müxtəlif nominasiyalar üzrə təltif olunmuş və qiymətli hədiyyələrlə mükafatlandırıldı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti