...

Sabah havanın maksimum temperaturu 42 dərəcə olacaq

Cəmiyyət Materials 11 Avqust 2016 12:35 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.
Sabah havanın maksimum temperaturu 42 dərəcə olacaq

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə məlumatına görə, avqustun 12-də hava yağmursuz keçəcək, şimal küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacağı gözlənilir. Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26°, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi ayrı-ayrı arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti