...

Xəbərdarlıq - temperatur 3-5° aşağı enəcək

Cəmiyyət Materials 13 Avqust 2016 12:36 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.
Xəbərdarlıq - temperatur 3-5° aşağı enəcək

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 14-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi lə əvəz olunacaq.

Havanın temperaturu gecə 24-27° isti, gündüz 34-39° isti, Bakıda gecə 25-27° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 25-30 % təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 26-27°, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 29-30° isti olacağı gözlənilir.

Avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi axşam qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 16-21° isti, gündüz 28-33° isti olacağı gözlənilir.

Xəbərdarlıq - avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti