...

Hava yenidən istiləşir

Cəmiyyət Materials 17 Avqust 2016 12:23 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Hava yenidən istiləşir

Bakı. Trend:

Sabah Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 22-26° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 35-45% təşkil edəcək.

Avqustun 18-19-da Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti olacağı gözlənilir.

Avqustun 18-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti