...

“Gənc beyin” missiyasını başa vurdu (FOTO)

Cəmiyyət Materials 19 Avqust 2016 14:08 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, “ASAN Könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə keçirilən “Gənc Beyin” layihəsi başa çatıb.
“Gənc beyin” missiyasını başa vurdu (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə,  “ASAN Könüllüləri” təşkilatının təşkilati dəstəyi ilə keçirilən “Gənc Beyin” layihəsi başa çatıb.

ASAN-dan Trend-ə verilən məlumata görə, son zamanlar gənclər arasında psixoloji gərginliklərin və özünəqəsd hallarının artmasını nəzərə alaraq gənclərimizin psixi sağlamlığının qorunması  məqsədilə həyata keçirilən psixoloji təlimlər silsiləsindən ibarət olan “Gənc Beyin”  layihəsi  Qəbələ, Sabirabad, Bərdə və ətraf ərazidə yaşayan gəncləri əhatə edib. Layihədə ümumilikdə 200-ə qədər gənc iştirak edib.

Layihə çərçivəsində iştirakçılar  "Gənclərin şəxsi inkişafına maneə olan psixoloji amillər" mövzusunda müxtəlif təlimlərdə iştirak ediblər. Mövzu ətrafında interaktiv müzakirələr aparılıb. Həmçinin iştirakçılarla fərdi psixoloji konsultasiya saatları təşkil olunub. Layihə iştirakçıları sertifikatlarla təltif ediliblər.

ASAN Könüllüsü  Nuray Rüstəmovanın layihə rəhbəri olduğu “Gənc Beyin”in əsas məqsədi  gənclərin psixi sağlamlığının qorunması, sağlam düşüncə tərzinin aşılanması, psixoloji gərginliyin azaldılması, gənclərdə özünə inam hissinin formalaşdırılması və sağlam düşüncəli gənc nəslin yetişdirilməsinə töhfə verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti