...

Uşaqların peyvənd təqvimində dəyişiklik ediləcəkmi?

Cəmiyyət Materials 24 Avqust 2016 11:29 (UTC +04:00)
Azərbaycanda yaxın müddətdə peyvənd təqvimində dəyişikliyin edilməsi hələ nəzərdə tutulmayıb.
Uşaqların peyvənd təqvimində dəyişiklik ediləcəkmi?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda yaxın müddətdə peyvənd təqvimində dəyişikliyin edilməsi hələ nəzərdə tutulmayıb.

Bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda uşaqlar üçün ən yeni peyvənd bu ilin fevralında tətbiq edilib: "Fevralın 15-dən başlayaraq, 6 ayı tamam olan uşaqlara inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin bir dozada inyeksiya vasitəsilə vurulur. Aprel ayından isə 3 valentli poliomielitdən 2 valentli poliomielitə keçid olub. Bütün bu dəyişikliklər bu il ərzində olub. Gələcəkdə isə peyvənd təqvimində konkret hansı dəyişikliklərin olacağı hələ dəqiqləşdirilməyib”.

Qeyd edək ki, hazırda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı peyvənd edilir. Azərbaycanda uşaqlar arasında peyvəndləmə pulsuz həyata keçirilməlidir.

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti