...

Arabian Gazette: Azərbaycana gələn ərəb turistlərinin sayı 30 dəfə artıb

Cəmiyyət Materials 23 Avqust 2016 16:25 (UTC +04:00)
Azərbaycanda viza alınması prosedurunun bu yaxınlarda sadələşdirilməsi sayəsində BƏƏ və Fars körfəzi ölkələrindən gələn qonaqların sayı 30 dəfə artıb.
Arabian Gazette: Azərbaycana gələn ərəb  turistlərinin sayı 30 dəfə artıb

Bakı. Elmira Tariverdiyeva - Trend:

Azərbaycanda viza alınması prosedurunun bu yaxınlarda sadələşdirilməsi sayəsində BƏƏ və Fars körfəzi ölkələrindən gələn qonaqların sayı  30 dəfə artıb.

Bu barədə Trend BƏƏ-nin "Arabian Gazette" nəşrinə istinadən məlumat verir.

Nəşr yazır ki, ərəb ölkələrinin bir çox sakini Azərbaycana gəlməyə hazırdır və bu amil ölkənin turizm potensialının artımını stimullaşdırır: "Ölkənin ən çox ziyarət edilən şəhəri Bakı olub. Digər cəlbedici səyahət istiqamətləri Qəbələ, Naftalan, Şahdağ, Quba, İsmayıllı, Qax və Zaqataladır".

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti