...

Sağlamlıq imkanları məhdud 24 uşaq Türkiyədə reabilitasiya keçib (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2016 15:44 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ayın əvvəllərində valideynlərindən biri ilə bərabər Türkiyəyə ixtisaslaşmış bərpa-müalicəsinə yola salınmış 24 nəfər sağlamlıq imkanları məhdud uşaq qardaş ölkədə reabilitasiya kursunu başa vuraraq geri dönüb.
Sağlamlıq imkanları məhdud 24 uşaq Türkiyədə reabilitasiya keçib (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  tərəfindən bu ayın əvvəllərində valideynlərindən biri ilə bərabər Türkiyəyə ixtisaslaşmış bərpa-müalicəsinə yola salınmış 24 nəfər sağlamlıq imkanları məhdud uşaq qardaş ölkədə reabilitasiya kursunu başa vuraraq geri dönüb. 

Bu barədə Trend-ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Uşaqların və valideynlərinin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanması zamanı valideynlər qardaş ölkədə övladlarına göstərilən bərpa-müalicə xidmətindən, Nobel Tibb Mərkəzində tətbiq olunan səmərəli fizioterapevtik müalicə metodlarından, aparılan reabilitasiya işlərindən razılıqlarını ifadə ediblər. Onlar övladlarının xaricdə bərpa-müalicəsinin təşkili işlərinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti  İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkəmizdə əlillərin tibbi-sosial reabilitasiyası tədbirlərinin ildən-ilə gücləndirildiyini vurğulayıb: “Keçən il və cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumilikdə 393 nəfər, o cümlədən 205 nəfər əlilliyi olan şəxsin və 188 nəfər sağlamlıq imkanları məhdud uşağın xaricdə ixtisaslaşmış bərpa-müalicəsi təşkil edilib. Onlardan 10 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən biri ilə bərabər Gürcüstan Respublikasına, qalan şəxslər isə Türkiyə Respublikasının Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzinə müalicəyə göndərilib. Onu da bildirək ki, xaricə bərpa-müalicəsinə göndərilən uşaqların valideynləri də orada övladları ilə birgə müvafiq reabilitasiya tədbirlərinə cəlb olunurlar”.

S.Abdullayev göndərilən şəxslərin səhhətində müsbət dəyişikliklərin olduğunu qeyd edərək bildirib ki, nazirliyin bərpa mərkəzlərində də əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların səmərəli bərpa-müalicə xidmətləri ilə təmin olunması üçün məqsədyönlü işlər davam etdirilir. Bu mərkəzlərdə əlilliyi olan şəxslərin sosial statuslarının bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyası üçün kompleks şəkildə tibbi, sosial, peşə diaqnostikası və reabilitasiya tədbirləri həyata keçirilir. Cari ilin yanvar-iyul aylarında həmin müəssisələrdə 4650 nəfər şəxsə bərpa-müalicə, 8400 nəfərə yaxın şəxsə isə protez-ortopedik xidmətlər göstərilib. Onların bir hissəsi də sağlamlıq imkanları məhdud uşaqlar olub.

 

 

 

 

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti