...

Sabunçuda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” konfransı keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Avqust 2016 16:11 (UTC +04:00)
Sabunçu rayonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Sabunçuda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” konfransı keçirilib (FOTO)

Bakı. Trend:

Sabunçu rayonunda “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.

Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən məlumat verilib.

Bu gün DQİDK və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində rayon ərazisindəki dini icmaların rəhbərlərinin və dindarların iştirakı ilə “Dini radikalizm və ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Bakı şəhəri üzrə şöbənin əməkdaşları, Sabunçu rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları,dini icma nümayəndələri, rayon fəalları, ziyalılar iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov  Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu, multikulturalizmin ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, həyat tərzi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin, dini radikalizm və ekstremizmə qarşı mübarizədə dövlətimizin hər zaman Azərbaycan cəmiyyətinin, dindarların yanında olduğunu, bugünkü tədbirin buna bariz nümunə olduğunu qeyd edib. 

Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovdini radikalizmə qarşı mübarizə metodlarından, dini radikalizm fenomenindən, bu mübarizədə dini icmaların üzərinə düşən vəzifələrdən, dini maarifləndirmə işinin təşkili prinsiplərindən söhbət açıb. 

 DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxışında Sabunçu rayonu ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarla bağlı ümumi məlumat verərək, rayon ərazisində və ümumilikdə Bakı şəhərində dini radikalizmə və ekstremizmə qarşı mübarizədə görülən tədbirlərdən, yerli icra strukturları və hüquq-mühafizə orqanları, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi ilə koordinasiyalı fəaliyyətin təşkili nəticəsində əldə olunan müsbət nəticələrdən söhbət açıb. Ölkə başçısı  İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasəti sayəsində ölkəmizdə tolerant mühitin qorunub saxlanıldığını qeyd edib.

Qafqaz Müsəlmanları İdarəsinin Sabunçu rayonu üzrə səlahiyyətli nümayəndəsi Musa Qasımov, Bakıxanov qəsəbəsi “İmam Rza” məscidi dini icmasının sədri Əmirxan Tahirov və DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev çıxışlarında ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyəti ilə bağlı ümumi prinsipləri qeyd edərək, bu fəaliyyətin daha mütəşəkkil formada davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonra tədbir iştirakçıları mövzu ilə bağlı müzakirələri davam etdirərək öz fikirlərini və dini radikalizmə qarşı mübarizə yolları ilə bağlı təkliflərini diqqətə çatdırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti