...

YAP hərbçilərin ailə üzvləri ilə birlikdə yay istirahətini təşkil edir

Cəmiyyət Materials 25 Avqust 2016 16:34 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası tərəfindən Müdafiə Nazirliyinin əsgər və zabitlərinin ailə üzvləri ilə birlikdə yay istirahətinin təşkili kampaniyası davam edir.
YAP hərbçilərin ailə üzvləri ilə birlikdə yay istirahətini təşkil edir

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası Azərbaycan Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil edib.

Trend YAP-ın saytına istinadən məlumat verir ki, Yeni Azərbaycan Partiyasının bu qəbildən olan növbəti humanist aksiyası yay mövsümünün xarakteri nəzərə alınaraq, Azərbaycan Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin səmərəli təşkilinin həyata keçirilməsindən ibarət olmuşdur.

Cari ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin  ailə üzvləri ilə birlikdə yay istirahəti YAP-ın təşəbbüsü və vəsaiti hesabına Lənkəran rayonu ərazisində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində təşkil edilmişdir. Yay mövsümü ərzində Silahlı Qüvvələrin bir qrup əsgər və zabiti ailə üzvləri ilə birlikdə bu imkanlardan bəhrələnmişdir. 50 nəfərdən ibarət növbəti qrupun yay istirahətinin təşkili isə avqustun 25-dən başlamışdır.

Yeni Azərbaycan Partiyasının bu vətənpərvər addımı Azərbaycan Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə  möhkəm inamın və dəstəyin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti