...

Prokurorluğa işə qəbul müsabiqəsinin yazılı imtahan mərhələsi yekunlaşıb

Cəmiyyət Materials 27 Avqust 2016 15:09 (UTC +04:00)
İşə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi - yazılı imtahan mərhələsinə yekun vurulub.
Prokurorluğa işə qəbul müsabiqəsinin yazılı imtahan mərhələsi yekunlaşıb

Bakı. Trend:

“Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən, prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi - yazılı imtahan mərhələsinə yekun vurulub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, yazılı imtahanda uğurlu nəticə əldə edən namizədlərin siyahısı qurumun veb-saytında (www.prokurorluq.gov.az, www.prosecutor.gov.az) və Qəbul otağında yerləşdirilib.

Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 125 namizəd avqustun 29-dan Baş Prokurorluğun Kadrlar idarəsinin müəyyən etdiyi cədvələ uyğun olaraq Qaydaların 7.5-сi bəndinə əsasən Azərbayсan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti - müsahibə mərhələsinə dəvət ediləcəklər.

Müsahibə Baş Prokurorluğun əsas inzibati binasında keçiriləcək (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).

Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti