...

Dövlət Komitəsi: Orta məktəblərdə dinlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ciddi ehtiyac var

Cəmiyyət Materials 29 Avqust 2016 12:20 (UTC +04:00)
Orta məktəblərdə dinlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ciddi ehtiyac var.
Dövlət Komitəsi: Orta məktəblərdə dinlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ciddi ehtiyac var

Bakı. İlhamə İsabalayeva - Trend:

Orta məktəblərdə dinlə bağlı biliklərin daha da dərinləşdirilməsinə ciddi ehtiyac var.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bu gün "Dini radikalizm və xurafat: bir medalın iki üzü" mövzusunda keçirilən konfransda deyib.

O qeyd edib ki, dini radukalizmə qarşı mübarizənin gücləndirilməsi üçün həqiqi islam dini təbliğ edilməlidir. Bunun üçün isə ümumtəhsil məktəblərində dinlə bağlı tədrisin genişləndirilməsi lazımdır.

G.İsmayılov qeyd edib ki, hazırda Təhsil Nazirliyi və digər aidiyyatı qurumlarla birlikdə orta məktəblərdə tədris olunan "Həyat bilgisi" fənni il bağlı iş aparılır: "Yaxın zamanlarda biz "Həyat bilgisi" dərsliyində dinlə bağlı dəyişikliklərin olmasının şahidi olacağıq. Burada şəriətin tədrisindən söhbət getmir. Ancaq dini məlumatların dərinləşdirilməsinə ehtiyac var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti