...

Bakıda məcburi köçkün qadını öldürən yeniyetmələrin işi məhkəməyə göndərildi

Cəmiyyət Materials 29 Avqust 2016 12:59 (UTC +04:00)
Bakıda məcburi köçkün qadını qətlə yetirərək evini qarət edən şəxslərin işi məhkəməyə göndərilib.
Bakıda məcburi köçkün qadını öldürən yeniyetmələrin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Bakıda məcburi köçkün qadını qətlə yetirərək evini qarət edən şəxslərin işi məhkəməyə göndərilib.

Trend-in məlumatına görə, Bakı şəhər sakinləri 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadənin cinayət işinin ibtidai istintaqı Sabunçu rayon prokurorluğundan Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 5-nə təyin edilib. İşə hakim İradə Həsənzadə sədrlik edəcək.

Qeyd edək ki, hadisə ötən il noyabrın 3-də Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə baş verib. Həmin qəsəbədə yaşayan Aynur Teymurovaya evində bıçaq xəsarətləri yetirilib.

Sabunçu rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi və 12-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakinləri – 1998-ci il təvəllüdlü Qulu Abdullayev və 1999-cu il təvəllüdlü Kamran Cəfərzadə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti