...

100-ə yaxın şəxsə “Əmək veteran” adı və vəsiqəsi verilib

Cəmiyyət Materials 30 Avqust 2016 16:28 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il 97 nəfərə “Əmək veteran” adı və vəsiqəsi verilib.
100-ə yaxın şəxsə “Əmək veteran” adı və vəsiqəsi verilib

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bu il 97 nəfərə “Əmək veteran” adı və vəsiqəsi verilib.

ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 74 nəfəri kişi, qalanları qadınlardır.

Yaşa görə pensiya hüququ qazanmış, orden və medallarla təltif olunmuş, uzun illər ictimai əməklə məşğul olan vətəndaşlar (kişilər 40 ildən artıq, qadınlar 30 ildən artıq əmək stajı olduqda) “Əmək veteranı” adı və vəsiqəsi almaq hüququna malikdirlər. Bu ad və vəsiqə onlara işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən, pensiyaya çıxmış şəxslərə isə sonuncu dəfə işlədikləri müəssisənin yuxarı mərkəzi icra orqanı tərəfindən verilir. Hazırda işlədiyi, yaxud sonuncu iş yeri qeyri-dövlət müəssisəsidirsə, yaxud müəssisənin yuxarı mərkəzi icra orqanı olmadıqda, işləyən, yaxud da pensiyaya çıxmış şəxslər ƏƏSMN tərəfindən “Əmək veteranı” adı və vəsiqəsi ilə təmin olunurlar.

“Əmək veteranı” adı və vəsiqəsinin verilməsi qaydası, bunun üçün tələb olunan sənədlərin siyahısı nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölümündəki müvafiq alt-bölmədə yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti