...

Bakıda “ICMSEM 2016” beynəlxalq konfransının açılışı olub

Cəmiyyət Materials 31 Avqust 2016 11:32 (UTC +04:00)
Bu gün Bakıda “ICMSEM 2016” 10-cu beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Bakıda “ICMSEM 2016” beynəlxalq konfransının açılışı olub

Bakı. Samir Əli - Trend:

Bu gün Bakıda 10-cu “İdarəetmə elmi və mühəndislik idarəetməsi” beynəlxalq konfransının (“ICMSEM 2016”) açılışı olub.

İki günlük konfransa dünyanın 10-dan çox ölkəsindən akademik səviyyədə nümayəndələr qatılıb.

Trend-in məlumatına görə, konfransın açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, təhsil və elm arasında əlaqələrə həsr olunan seksiyaların olması vacibdir: "Elm və təhsil iqtisadi inkişafların ehtiyacını qarşılaya bilər. Buna görə də bir sıra vacib işlər görülməlidir. Bundan başqa, Azərbaycanın son illər ərzində bir çox elmi nailiyyətləri olub".

AMEA-nın prezidenti Akif Əlizadə isə son dövrlərdə Azərbaycan elmində yeni kəşflərə imza atıldığını deyib. Onun sözlərinə görə, elmdə və təhsildə menecment anlayışını təlqin etməklə bir çox uğurlara imza atmaq olar: "Gəncləri elmə cəlb etmək üçün daim addımlar atılır. Çünki yaxşı elm gənclik tərəfindən yaradılır. Bariz nümunədir ki, Akademiyada 70-ə yaxın magistr çalışacaq".

Azərbaycan alimlərinin konfransa təqdim olunan məqalələri nüfuzlu “Springer” məlumat bazasına yerləşdirilib və dərc edilib.

Sentyabrın 1-də konfrans öz işini davam etdirəcək.

Xatırladaq ki, konfransın təşkilatçıları Elm və Mühəndislik İdarəetməsi Beynəlxalq Cəmiyyəti, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Çinin Siçuan Universitetidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti