...

Hansı qoruqlarda reklamları Mədəniyyət və Turizm Nazirliyi yerləşdirəcək?

Cəmiyyət Materials 5 Sentyabr 2016 10:37 (UTC +04:00)
Azərbaycanda "“Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ərazisində reklamların yerləşdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi razılıq verəcək.
Hansı qoruqlarda reklamları Mədəniyyət və Turizm Nazirliyi yerləşdirəcək?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda "“Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu ərazisində reklamların yerləşdirilməsi üçün Mədəniyyət və Turizm Nazirliyi razılıq verəcək.

Nazirlər Kabinetindən (NK) Trend-ə verilən məlumata görə, “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” NK-nın qərarına dəyişikliklər edilib.

Qərara edilən yeni əlavəyə əsasən, həmin qoruqların ərazisində və onun mühafizə zonasında, memarlıq abidələrinin (binalarının) dam hissəsində reklam daşıyıcıları Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə yalnız reklam-informasiya təşkilatlarının nəzdindəki bədii şuraların rəyi əsasında və həmin binaların dayanıqlığına mənfi təsir göstərməmək şərtilə yerləşdirilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti