...

Nazirlik: Qubaya, o cümlədən Xınalığa qar yağmayıb

Cəmiyyət Materials 5 Sentyabr 2016 11:58 (UTC +04:00)
Azərbaycanın uca dağlarında - ən yüksək dağlıq ərazilərində sentyabr-oktyabr aylarında qarın yağması əvvəlki illərdə də müşahidə edilib.
Nazirlik: Qubaya, o cümlədən Xınalığa qar yağmayıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın uca dağlarında - ən yüksək dağlıq ərazilərində sentyabr-oktyabr aylarında qarın yağması əvvəlki illərdə də müşahidə edilib.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Sentyabrda uca dağlara qarın yağmasını anomal hal saymayan G.Məmmədovanın sözlərinə görə, Qubanın özünə və onun ucqarda yerləşən yaşayış məntəqələrinə, o cümlədən Xınalığa qar yağmayıb: "Qar Böyük Qafqazın dəniz səviyyəsindən 3000 metrdən də yüksək ərazilərinə düşüb. Şahdağın özünə də heç qar yağmayıb. Qar lap uca dağlara yağıb, qarı gözlə baxanda ən hündür zirvələrdə görmək olur”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti