...

AMEA prezidenti: "Bu il dokoranturaya oğlanların axını çoxalacaq"

Cəmiyyət Materials 7 Sentyabr 2016 16:00 (UTC +04:00)
Magistratura və doktoranturaya qəbul olanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi bu il doktoranturada təhsil alanların tərkibində dəyişikliklərin olacağına imkan yaradır.
AMEA prezidenti: "Bu il dokoranturaya oğlanların axını çoxalacaq"

Bakı. İlhamə İsabalayeva - Trend:

Şübhə etmirəm ki, bu il dokoranturaya oğlanların axını çoxalacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə AMEA-nın Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, magistratura və doktoranturaya qəbul olanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi bu il doktoranturada təhsil alanların tərkibində dəyişikliklərin olacağına imkan yaradır.

A.Əlizadə qeyd edib ki, son 20 ildə doktoranturaya qəbul olan oğlanların sayı çox az olub, amma yeni dəyişiklik artıq AMEA üçün yeni imkanlar yarada bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti