...

Nazir müavini: Vətəndaşlar məhkəmələrə müraciət etsinlər

Cəmiyyət Materials 8 Sentyabr 2016 13:25 (UTC +04:00)
Son zamanlar səhiyyə sahəsində baş verən neqativ halların aradan qaldırılması üçün lazımi tədbirlər görülür.
Nazir müavini: Vətəndaşlar məhkəmələrə müraciət etsinlər

Bakı. Elçin Mehdiyev - Trend:

Son zamanlar səhiyyə sahəsində baş verən neqativ halların aradan qaldırılması üçün lazımi tədbirlər görülür.

Trend-in məlumatına görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Nazir müavini bildirib ki, səhiyyədə neqativ halların heç biri diqqətdən kənarda qalmır.

E.Ağayev bildirib ki, sözsüz ki, həkimin səhv etməsi ən az olmalıdır: "Lakin son nəticədə həkim də bir insandır. Düşünürəm ki, xəstənin kəsilməli olan ayağının yerinə sağlamın kəsilməsi həkim səhvindən çox onun səhlənkarlığından irəli gəlir. Hər kəs də gördü ki, həmin həkimlər işdən azad olundu. Hətta lazım olduğu təqdirdə gücümüz çatmadığı təqdirdə vətəndaşlara müraciət edirik ki, məhkəmələrə müraciət etsinlər. Belə hallarda cinayət işi açılır və hüquq-mühafizə orqanları tərəfindən bu məsələlər araşdırılır. Söz yox ki, istər ana və uşaq ölümü, istərsə də belə məhdud sayda olan neqativ hallar".

Nazir müavini əlavə edib ki, uşaq və ana ölümlərinin qarşısının alınması üçün də tədbirlər görülür: "Bunun aradan götürülməsi üçün önəmli məsələlərdən biri maddi-texniki bazanın yaxşılaşdırılması, tibb müəssisələrinin müasirləşdirilməsi, kadr hazırlığından ibarətdir. Bu istiqamətdə də daima işlər görülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti