...

300 kiloqram at cəmdəyi zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 9 Sentyabr 2016 17:58 (UTC +04:00)
İsmayıllı rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib.
300 kiloqram at cəmdəyi zərərsizləşdirilib (FOTO)

Bakı. Trend:

İsmayıllı rayonunda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, sentyabr ayının 4-də İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı Ziriyev Vüqar Təşkilat oğlu tərəfindən rayonun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında 300 kq çəkidə 3 baş at cəmdəyi aşkar edilib.

Aşkarlanmış at cəmdəklərindən götürülən nümunələr Baytarlıq Laboratoriyasına göndərilib.

Aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında İsmayıllı rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti