...

Azərbaycanda yeni universitet yaradılacaq

Cəmiyyət Materials 15 Sentyabr 2016 17:52 (UTC +04:00)
Yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi planlaşdırır.
Azərbaycanda yeni universitet yaradılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Yaxın vaxtlarda Azərbaycan Milli Elmlər Akademiyası nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi planlaşdırır.

AMEA-dan Trend-ə verilən məlumata görə, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə magistraturaya daxil olan tələbələrlə görüşündə deyib.

A.Əlizadə bildirib ki, AMEA nəzdində universitet və ya lisey tipli təhsil müəssisəsinin təsis edilməsi magistrlərə həm təhsil almağa, həm də laboratoriyalarda işləyərək təcrübə qazanmağa imkan yaradacaq.

AMEA prezidenti qeyd edib ki, akademiyada təhsil alan magistrlər nüfuzlu beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, dünya şöhrətli alimlərlə görüşə və fikir mübadiləsi apara biləcəklər. A.Əlizadə Akademiyada onların elmlə məşğul olmaları, dünya elminə inteqrasiya etmələri üçün hər cür şəraitin yaradıldığını diqqətə çatdırıb.

A.Əlizadə qeyd edib ki, bu il 19 ixtisas üzrə 56 nəfər akademiyanın magistri adını qazanıb. Onlardan 47-si qız, 9-u isə oğlandır. AMEA-nın magistratura pilləsində təhsil almaq üçün bu il ümumilikdə 600-dən çox ərizə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti