...

Təhsil nazirindən valideynlərə müraciət

Cəmiyyət Materials 16 Sentyabr 2016 14:59 (UTC +04:00)
“Əgər valideynlər onları maraqlandıran məsələləri məktəb səviyyəsində həll edə bilmirlərsə, onlar rayon təhsil şöbələrinə, Bakıdakı valideynlər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmək hüququna malikdirlər.
Təhsil nazirindən valideynlərə müraciət

Bakı. İlhamə İsabalayeva - Trend:

“Əgər valideynlər onları maraqlandıran məsələləri məktəb səviyyəsində həll edə bilmirlərsə, onlar rayon təhsil şöbələrinə, Bakıdakı valideynlər isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət etmək hüququna malikdirlər. Əgər məsələləri bu səviyyədə də həll edə bilmirlərsə, rəhbər qurum kimi Təhsil Nazirliyinə müraciət edə bilərlər”.

Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov AZTV-nin “Günün nəbzi” verilişinə verdiyi müsahibə zamanı deyib.

Bəzi təhsil müəssisələrinin məktəbli formalarını tez-tez dəyişməsinə münasibət bildrən nazir hesab edir ki, valideynlər bu qərarları müzakirə etməlidirlər: "Mən valideynlərə üzümü tutaraq demək istəyirəm ki, öz övladlarının təhsil uğurları, problemləri ilə maraqlansınlar, onlarla daha çox ünsiyyətdə olsunlar. Və çox tez bir zamanda övladlarının təhsilində uğurların olmasının şahidi olacaqlar. Biz valideynləri təhsil prosesinə yad insan kimi qəbul etmirik, onlar təhsil prosesinin bir iştirakçısıdırlar. Onlar eyni zamanda, məktəbdə verilən qərarların da iştirakçısı olmalıdırlar. Əgər həqiqətən də ayrı-ayrı məktəblər hər il geyim formalarının dizaynını və məktəb formasına olan tələbləri dəyişirsə, təbii olaraq, valideynlər bu qərarları müzakirə etməlidirlər. Əgər belə hallar olursa, valideynlər Valideyn Komitəsi vasitəsi ilə yerli təhsil idarələrinə, Təhsil Nazirliyinə müraciət edə bilərlər. Mənim fikrimcə, belə qərarların verilməsi zamanı o, müzakirələrdən keçməlidir. Biz məktəbdə şagirdlərin yalnız bilikləri ilə seçilməsinin tərəfdarıyıq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti