...

Cənubda iki avtomobil yolunun tikintisi yekunlaşdı (FOTO/VİDEO)

Cəmiyyət Materials 16 Sentyabr 2016 16:25 (UTC +04:00)
Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Biləsuvarda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisi başa çatdırılıb.
Cənubda iki avtomobil yolunun tikintisi yekunlaşdı (FOTO/VİDEO)

Bakı. Trend:

Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Biləsuvarda Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisi başa çatdırılıb.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun uzunluğu 20.05 km-dir. 2 hərəkət zolaqlı olmaqla yolun asfalt örtüyünün eni 6 m təşkil edir.

Anoloji işlər Biləsuvar-Günəşli-Ağayri-İsmətli-Çinarlı-Əliabad avtomobil yolunda da aparılıb. Yolun uzunluğu 16 km-dir.

Qeyd edək ki, avtomobil yollarının tikintisi ilə Cəlilabad rayonunda 23 yaşayış məntəqəsinin 20 min nəfər əhalisinin, Biləsuvar rayonunda isə 5 yaşayış məntəqəsinin 11 bir min nəfər əhalisinin gediş-gəlişi xeyli rahatlaşmaqla yanaşı, sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafına, insanların yetişdirdikləri məhsullarını rahat şəkildə rayon mərkəzlərinə daşımasına imkan yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti