...

Gəncədə quyruqlu yumurta (FOTO)

Cəmiyyət Materials 16 Sentyabr 2016 19:38 (UTC +04:00)
Gəncədə Kazımovlar ailəsinin təsərrüfatında baş verən hadisə hər kəsi təəccübləndirib.
Gəncədə quyruqlu yumurta (FOTO)

Bakı. Trend:

Gəncədə Kazımovlar ailəsinin təsərrüfatında baş verən hadisə hər kəsi təəccübləndirib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, quyruqlu yumurta sanki insan rüşeymini xatırladır.

Təsərrüfatın sahibəsi Ülviyyə Kazımova deyib ki, ilk dəfədir ki, belə halla rastlaşır.

Mütəxəssislər isə bunu quşlarda müşahidə edilən patoloji dəyişikliklə əlaqələndirirlər.

Mütəxəssis Mahir Hazıyev deyib: "Belə yumurtaların əmələ gəlməsinə quşlarda yumurta borusu xəstəliklərinin yaranması səbəb olur. Bu da yemləmə, bəsləmə faktoru ilə bağlı olur. Quşlarda müəyyən mineral maddələrin çatışmazlığı zamanı yumurta borusunda yaranan xəstəlik nəticəsində buna bənzər formalarda yumurtalar əmələ gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti