...

“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək

Cəmiyyət Materials 19 Sentyabr 2016 16:08 (UTC +04:00)
“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək.
“Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” və “Multimedia Mərkəzi”nin tərəfdaşlığı ilə “Alternativ gələcəklə əlaqə” layihəsi həyata keçiriləcək.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında enerji və alternativ enerji mənbələrinin, informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi və genişləndirilməsi, qeyri-neft sənayesinin şaxələndirilməsi qarşıda duran əsas amillərdən biri kimi qeyd olunur.

"Alternativ gələcəklə əlaqə" layihəsinin əsas məqsədi biliyə əsaslanan iqtisadiyyata keçid həllərinin müəyyən olunması, mətbuat vasitəsilə alternativ enerji, nanotexnologiya haqqında ətraflı məlumatı Azərbaycanın vətəndaş cəmiyyətinə çatdırmağa stimul vermək, Azərbaycan gəncliyinin davamlı inkişaf etməsi üçün təcrübə və potensial gələcəyin öyrənilməsi, Azərbaycan mətbuatında davamlı olaraq göstərilən istiqamətlərdə məqalələrin, araşdırma yazıların dərc olunmasından ibarətdir.

Qeyd edək ki, layihə əsasən media işçilərinin iştirakı üçün nəzərdə tutulub.

Layihədə iştirak etmək üçün qeydiyyat

Məqalədə:
Xəbər lenti

Xəbər lenti