...

“Excelsior Hotel & Spa Baku”da “Musiqi bayramı” keçiriləcək

Cəmiyyət Materials 19 Sentyabr 2016 17:47 (UTC +04:00)
Noyabrın 11-də “Excelsior Hotel & Spa Baku” hotelində “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə “Musiqi bayramı” keçiriləcək.
“Excelsior Hotel & Spa Baku”da “Musiqi bayramı” keçiriləcək

Bakı. Trend:

Noyabrın 11-də “Excelsior Hotel & Spa Baku” hotelində “AtaHoldinq” Şirkətlər Qrupunun əməkdaşlarının iştirakı ilə “Musiqi bayramı” keçiriləcək.

“AtaHoldinq” Şirkətlər Qrupunun Korporativ Kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bayram tədbirində gözəl səs sahibləri, “Excelsior Hotel & Spa Baku” hotelinin HR meneceri Kamran Rzayev və təcrübə keçən Rəşid Əliyevin ifasında Azərbaycan və xarici ölkə repertuarlarından mahnılar səslənəcək. Qonaqlar «Saçlarına gül düzüm», «My Way», «Shape of My Heart», «Синяя вечность», «Город мой Баку», «Там нет меня», «Как молоды мы были» və bir çox nəsillərin sevimli nəğmələrinə çevrilmiş digər mahnıları eşidəcək.

Bundan başqa Azərbaycanın görkəmli xalq artisti Müslüm Maqomayevin və dünya şöhrətli rok-n-roll kralı Elvis Preslinin həyat və yaradıcılığı haqqında filmlər nümayiş olunacaq.

“AtaHoldinq” Şirkətlər Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki, daxili kommunikasiyalar planına əsasən il ərzində müxtəlif maraqlı tədbirlər keçirilir və cari ilin sonunadək daha bir neçə tədbir həyata keçiriləcək. Belə ki, bu cür tədbirlər nəinki komanda hissini qoruyub saxlamağa və möhkəmlətməyə, həm də əməkdaşların müxtəlif istedadlarını aşkar etməyə, onların müxtəlif qabiliyyətlərini də üzə çıxarmağa kömək edir.

“Excelsior Hotel & Spa Baku” hoteli 2005-ci ildən fəaliyyət göstərir. Hoteldə 1 "İmperial" kral otağı, 2 "Royal" lüks otaq, 4 "Crown" lüks otaq, 45 "Heritage" standart otaq və 9 "Duke" standart otaq, həmçinin, konfrans zalları, biznes mərkəzi, restoranlar, “Aura” sağlamlıq mərkəzi və s. var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti