...

Təhsil Nazirliyi bəzi fənlərin dərs saatlarının azaldılması məsələsinə aydınlıq gətirdi

Cəmiyyət Materials 20 Sentyabr 2016 09:54 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə bəzi fənlərin - “Gənclərin çağırışaqədərki hazırlığı”nın və “İnformatika”nın dərs saatlarının azaldılması, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin dərs saatının azaldılması hesabına XI siniflərdə “Musiqi” fənninin tədrisinə başlanılması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Təhsil Nazirliyi bəzi fənlərin dərs saatlarının azaldılması məsələsinə aydınlıq gətirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə bəzi fənlərin - “Gənclərin çağırışaqədərki hazırlığı”nın və “İnformatika”nın dərs saatlarının azaldılması, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin dərs saatının azaldılması hesabına XI siniflərdə “Musiqi” fənninin tədrisinə başlanılması ilə bağlı məlumatlara aydınlıq gətirib.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, “Ümumtəhsil məktəblərinin 2016-2017-ci dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” təhsil nazirinin 22 iyun 2016-cı il tarixli əmri ilə təsdiq edilmiş X-XI siniflər üçün tədris planlarında “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinə həftədə 2 saat vaxt ayırılıb. Bu da ötən illərdə olan saatların miqdarı ilə eynidir.

“Musiqi” fənni ümumtəhsil məktəblərinin I-IX siniflərində, “Gənclərin çağırışaqədərki hazırlığı” fənni isə X-XI siniflərdə tədris olunur. Bu səbəbdən bu fənlərdən hər hansı birinin saatının digərinə verilməsi qeyri-mümkündür.

Nazirlikdən bildirilib ki, I-XI siniflər üçün tədris planlarında “İnformatika” fənninin tədrisinə bütün siniflərdə həftədə 1 saat vaxt ayrılıb: “Bildiririk ki, bu fənn I sinifdən etibarən tədris olunur. Mütəxəssislər tərəfindən tərtib olunmuş fənn proqramında şagirdlərin 11 il ərzində fənn üzrə zəruri bilik və bacarıqlara yiyələnməsi nəzərdə tutulub”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti