...

Səhiyyə Nazirliyi "International Medical Center"də 25 yaşlı qızın ölümünün ilkin səbəblərini açıqladı

Cəmiyyət Materials 20 Sentyabr 2016 12:44 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi sentyabrın 17-də “International Medical Center” klinikasında əməliyyat zamanı dünyasını dəyişən 25 yaşlı Şəhla Əliyevanın ölümü ilə bağlı ilkin məlumatını açıqlayıb.
Səhiyyə Nazirliyi "International Medical Center"də 25 yaşlı qızın ölümünün ilkin səbəblərini açıqladı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi sentyabrın 17-də “International Medical Center” klinikasında əməliyyat zamanı dünyasını dəyişən 25 yaşlı Şəhla Əliyevanın ölümü ilə bağlı ilkin məlumatını açıqlayıb.

Birlikdən Trend-ə verilən məlumata görə, onlara dalağın kistasından əməliyat edilən Ş.Əliyevanın ağciyər arteriyasının tromboemboliyasından öldüyü bildirilib.

Mərkəz tərəfindən meyit üzərində aparılan ilkin müayinə zamanı mərhumun ağciyər atreriyasında qan laxtası tapılıb. Eyni zamanda, meyitin əməliyyat aparılan hissəsində-qarın boşluğunda qan tapılıb və əməliyyat zamanı orada qanaxmanın olduğu müəyyən edilib.

Xəstənin ölümünün daha dəqiq səbəbləri aparılan müayinələr nəticəsində müəyyən ediləcək.

Xatırladaq ki, sentyabrın 17-də “International Medical Center” klinikasında 25 yaşlı Şəhla Əliyeva əməliyyat zamanı vəfat edib. Bundan əvvəl Səhiyyə Nazirliyindən Trend-ə bildirilmişdi ki, “International Medical Center” klinikasında baş verən ölüm faktı ilə əlaqədar hər hansı araşdırma aparılmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti