...

Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşüb

Cəmiyyət Materials 20 Sentyabr 2016 19:56 (UTC +04:00)
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycanda səfərdə olan Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkov arasında görüş keçirilib.
Kəmaləddin Heydərov rusiyalı həmkarı ilə görüşüb

Bakı. Trend:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycanda səfərdə olan Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Vladimir Puçkov arasında görüş keçirilib.

Trend-in məlumatına görə, görüşdə 2 ölkənin nazirlikləri arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın yüksək səviyyədə olduğu qeyd olunub.

Əlaqələrin perspektivləri müzakirə olunub.

Görüşdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyi arasında 2017-2019-cu illər üzrə Kompleks Əməkdaşlıq Planı" imzalanıb.

Sonda Azərbaycan FHN-nin bir qrup əməkdaşı Rusiya Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Nazirliyinin medalları ilə təltif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti