...

Xəbərdarlıq: güclü külək əsəcək, dolu düşəcək

Cəmiyyət Materials 22 Sentyabr 2016 12:42 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Xəbərdarlıq: güclü külək əsəcək, dolu düşəcək

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, gecəyə doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-27° isti,

Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 55-65 % təşkil edəcək.

Sentyabrın 24-dən 25-i gündüzədək Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-6° aşağı enəcək, gündüz saatlarında 20-22° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti