...

MDB-nin 25 illik yubileyinə həsr edilən vahid dərs keçirilib

Cəmiyyət Materials 22 Sentyabr 2016 17:55 (UTC +04:00)
Bu gün Bakının Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı məktəbdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illik yubileyinə həsr edilən vahid dərs keçirilib.
MDB-nin 25 illik yubileyinə həsr edilən vahid dərs keçirilib

Bakı. İlhamə İsabalayeva-Trend:

Bu gün Bakının Nərimanov rayonu R.Nəsrəddinov adına 39 saylı məktəbdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illik yubileyinə həsr edilən vahid dərs keçirilib.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, tədbirdə Rusiya və Tacikistanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və s. iştirak ediblər.

Tədbir başlamazdan əvvəl istedadlı şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbirdə hər qrup təmsil etdiyi ölkə haqqında məlumat verib, onun tarixindən və mədəniyyətindən geniş söhbət açıb. Bundan başqa, istedadlı şagirdlərin ifasında milli musiqimizdən incilər səsləndirilib, milli rəqslərimizlə yanaşı, MDB – yə daxil olan digər ölkələrin (Rusiya, Tacikistan, Özbəkistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Belarusiya, Türkmənistan, Ukrayna) musiqi nömrələri də ifa olunub.

Tədbir Azərbaycanın milli rəqsi olan "Yallı" ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti