...

Turizm sahəsində fəaliyyət göstərmək istəyənlər üçün yeni tələblər

Cəmiyyət Materials 28 Sentyabr 2016 17:08 (UTC +04:00)
Azərbaycanda turizm infrastrukturu yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra turizm sahəsində fəaliyyət göstərə biləcək.
Turizm sahəsində fəaliyyət göstərmək istəyənlər üçün yeni tələblər

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizm infrastrukturu yalnız onun barəsindəki məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edildikdən sonra turizm sahəsində fəaliyyət göstərə biləcək.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, yeni hazırlanan “Turizm haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, turizm infrastrukturu barədə məlumatların Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil edilməsi hər hansı fəaliyyətin nəzarət orqanı tərəfindən müəyyən olunmuş qayda və tələblərə uyğunluğunu təsdiq edir.

Turizm infrastrukturu subyekti barədə məlumatlar Dövlət Turizm Reyestrinin aktiv bölməsindəm çıxarıldıqda müvafiq şəxsin turizm sahəsindəki fəaliyyəti dayandırılmalıdır.

Xaricdə qeydiyyata alınmış turizm infrastrukturu subyektləri Azərbaycanda özlərinin filial və ya nümayəndəlikləri vasitəsi ilə fəaliyyət göstərdikdə onlar xidmət göstərə bilmək üçün həmin subyektlər barədə məlumatları Dövlət Turizm Reyestrinin aktiv bölməsinə daxil etməlidirlər.

Qeyd edək ki, turizm infrastrukturu subyektləri turizm təşkilatçıları, yerləşdirmə vasitələrinin rəhbərləri, tur (ekskursiya) rəhbəri, bələdçilər, bələdçi-tərcüməçilər, turizm sahəsində investorlar, turizm məhsulunun satışına digər şəkildə rəvac verən və turizm infrastrukturunun fəaliyyətində iştirak edən şəxslərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti