...

Kür çayı üzərində yeni körpü (FOTO/VİDEO)

Cəmiyyət Materials 23 Sentyabr 2016 16:13 (UTC +04:00)
Salyan rayonunda “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldan yeni körpü salınıb.
Kür çayı üzərində yeni körpü (FOTO/VİDEO)

Bakı. Trend:

Salyan rayonunda “Babazanan” yaşayış sahəsindən rayon mərkəzinə olan məsafəni dəfələrlə qısaldan yeni körpü salınıb.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, Kür çayı üzərində yeni 6 aşırımlı körpünün uzunluğu 200 metr, eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.

Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Körpü 9 bal zəlzələyə hesablanaraq layihələndirilib.

Kür çayında su axının təmizlənməsi üçün sağ və sol sahildə qazma-doldurma svay əsaslı monolit beton istinad divarları tikilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti