...

Gənc jurnalistlər üçün yeni layihə (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2016 16:34 (UTC +04:00)
“Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə başlanılıb.
Gənc jurnalistlər üçün yeni layihə (FOTO)

Bakı. Trend:

Gənc jurnalistlər arasında əlaqələndirməni artırmaq, onların hüquqi maarifləndirilməsinə və peşəkarlıqlarının daha da yüksəldilməsinə töhfə vermək məqsədilə “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” layihəsinə başlanılıb.

Trend-in məlumatına görə, layihənin ilk günündə hüquqşunas Tağı Tağızadə və media eksperti Elvin Şirinli tərəfindən ilkin təlimlər keçirilib. Jurnalistlərə hüquqi mövzunun işıqlandırılmasındakı müasir meyillər barədə məlumat verilib və Azərbaycanda qanunvericilik və təcrübədə tətbiqi ilə bağlı məsələlərə toxunulub.

Layihə müddətində gənc jurnalistlərin bir sıra dövlət orqanlarının mətbuat katibləri ilə görüşü də nəzərdə tutulub. Bu görüşlərdə dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın aspektləri müzakirə ediləcək.

Qeyd edək ki, “Gənc jurnalistlərin Maraq klubu və hüquqi maarifləndirilməsi” Sona Tağıyevanın fərdi layihəsi olaraq Prezident yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” təşkilatının təşkilatı dəstəyi ilə həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti