...

Şəkidə aşkar edilən çoxlu sayda heyvan sümükləri zərərsizləşdirilib (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2016 18:02 (UTC +04:00)
Şəkinin mərkəzindən 5-6 km məsafədə aşkar edilən xeyli sayda at, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş-ayaq və bədən sümükləri dərin quyu qazılaraq zərərsizləşdirilib.
Şəkidə aşkar edilən çoxlu sayda heyvan sümükləri zərərsizləşdirilib (FOTO)

Bakı. Trend:

Şəkinin mərkəzindən 5-6 km məsafədə yerləşən məişət tullantıları tökülən ərazidə aşkar edilən xeyli sayda at, iribuynuzlu və xırdabuynuzlu heyvanların baş-ayaq və bədən sümükləri baytarlıq mütəxəssislərinin nəzarəti altında xüsusi texnikanın köməyi ilə toplanaraq, Şəki məişət tullantıları poliqonunda dərin quyu qazılaraq zərərsizləşdirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, ərazi DUK maşını vasitəsi ilə 2%-li formaldehid məhlulu ilə dezinfeksiya edilib.
Heyvan sümüklərinin həmin əraziyə kimlər tərəfindən atılmasını aydınlaşdırmaq üçün idarə əməkdaşalrına xüsusi taşırıq verilib. Eləcə də bu məsələnin aydınlaşdırılması üçün Şəki Şəhər Polis Şöbəsinə rəsmi müraciət edilib.

Xidmət əhalidən xahiş edir ki, hər hansı səbəbdən ölmüş və ya kəsilmiş heyvanların toplanması və tədarükü barədə faktla rastlaşarlarsa bu barədə Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (tel: 012-562-76-13) “qaynar xətt”inə məlumat versinlər.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək, belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti