...

Elman Babayev: Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb

Cəmiyyət Materials 24 Sentyabr 2016 17:57 (UTC +04:00)
Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb.
Elman Babayev: Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb

Bakı. Trend:

Sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsi qrafikdən əvvəl başa çatdırılıb.

Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.

O qeyd edib ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu sentyabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb: "Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə sentyabrr ayının 10-u, respublikanın digər rayon və şəhərləri üzrə isə sentyabr ayının 20-də tam yekunlaşıb".

E.Babayev deyib ki, ümumiyyətlə, il ərzində Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti