...

Fransanın böyük turizm şirkətlərinin rəhbərləri “Azərbaycan şəhərciyi”ndə (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2016 19:09 (UTC +04:00)
Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizə səfər etmiş böyük fransız turizm agentliklərinin rəhbərləri və onların əsas müştəriləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən “Azərbaycan şəhərciyi”ni ziyarət ediblər
Fransanın böyük turizm şirkətlərinin rəhbərləri “Azərbaycan şəhərciyi”ndə (FOTO)

Bakı. Trend:

Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə ölkəmizə səfər etmiş böyük fransız turizm agentliklərinin rəhbərləri və onların əsas müştəriləri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Parisdə keçirilən “Azərbaycan şəhərciyi”ni ziyarət ediblər.

Onlar şəhərcikdə təşkil olunan müvafiq stendlər vasitəsilə ölkəmizin mədəniyyəti, tarixi, mətbəxi, milli suvenirləri, şərabları və digər ixrac məhsulları ilə tanış olublar.

Şəhərcikdə qonaqlara Azərbaycanın turizm potensialı haqqında ətraflı məlumat verilib.

Fransanın turizm mütəxəssisləri Azərbaycanın yeni turizm istiqaməti kimi öz zəngin tarixi və mədəni irsi, eləcə də müasir turizm infrastrukturu, Bakı, Gəncə, Qəbələ, Göygöl və Qusarda yerləşən böyük turizm potensialı ilə fransız turistlərdə böyük maraq oyatdığını vurğulayıblar.

Hər il Gəncədə Fransa ilə birlikdə təşkil olunan beynəlxalq üzüm və şərab festivalı, bu il təşkil ediləcək Azərbaycan regionlarının turizm festivalı kimi təşəbbüslər yüksək qiymətləndirilib.

Qonaqlar şəhərcikdə təqdim olunan Azərbaycan şərablarının dequstasiyası zamanı onların yüksək keyfiyyətini xüsusi qeyd edib. Eləcə də burada sərgilənən müxtəlif yerli məhsullar haqqında ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti