...

Sabaha olan hava proqnozu

Cəmiyyət Materials 25 Sentyabr 2016 12:40 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Sabaha olan hava proqnozu

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-24° isti,

Bakıda gecə 15-17° isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz. Səhər ayrı-ayrı yerlərdə duman olacağı, şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti