...

Cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 26 seçki məntəqəsində səsvermə keçirilir

Cəmiyyət Materials 26 Sentyabr 2016 09:31 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb.
Cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 26 seçki məntəqəsində səsvermə keçirilir

Bakı. Samir Əli - Trend:

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb.

Trend-in məlumatına görə, bunu Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyib.

Qurum rəsmisi bildirib ki, artıq müəssisələrdə səsvermə başlayıb.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti