...

Azərbaycanda referendum prosesinin şəffaflığı Avstraliyada olduğundan daha yüksəkdir

Cəmiyyət Materials 26 Sentyabr 2016 15:26 (UTC +04:00)
Azəraycanda referendum prosesi şəffaf keçir.
Azərbaycanda referendum prosesinin şəffaflığı Avstraliyada olduğundan daha yüksəkdir

Bakı. Ənvər Məmmədov – Trend:

Azəraycanda referendum prosesi şəffaf keçir. Bunu Trend-ə Avstraliya parlamentinin müşahidəçi missiyasının üzvü Kreyq Kelli deyib.

O bildirib ki, Azərbaycanda referendumda şəffaflıq və prosesə nəzarət Avstraliyadakından yüksəkdir: "Məsələn, Avstraliyada şəxsiyyət vəsiqəsini tələb etmirlər".

K.Kellinin sözlərinə görə, missiya Bakı və Abşeron yarımadasında təqribən 10 seçki məntəqəsində olub: "Referendum prosesində çoxlu qadın iştirak edir ki, bu da məni sevindirir".

O əlavə edib ki, missiya gün ərzində işini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti