...

Yunus Oğuzun yeni kitabı işıq üzü görüb

Cəmiyyət Materials 27 Sentyabr 2016 17:52 (UTC +04:00)
Yazıçı-publisist türkoloq-alim Yunus Oğuzun müəllifi olduğu daha bir kitab işıq üzü görüb.
Yunus Oğuzun yeni kitabı işıq üzü görüb

Bakı. Trend:

Yazıçı-publisist türkoloq-alim Yunus Oğuzun müəllifi olduğu daha bir kitab işıq üzü görüb.

Trend-in məlumatına görə, “Azərbaycanın geosiyasəti Əli Həsənovun tədqiqatında” adlanan kitabda Y.Oğuzun Azərbaycan Respublikası Prezidentinin köməkçisi Ə.Həsənovun müəllifi olduğu “Azərbaycanın geosiyasəti” adlı kitabı haqqında düşüncələri, fikirləri yer alıb.

Siyasi elmlər doktoru, professor Elman Nəsirovun elmi redaktor olduğu kitaba ön sözü AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor, millət vəkili Musa Qasımlı yazıb.

Y.Oğuz qeyd edir: "Əli Həsənovun müəllifi olduğu kitabı günün kitab hadisəsi adlandırsaq yanılmarıq. Çünki bu əsərdə yazılanlar, qeyd olunanlar (1. Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları; 2. Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətləri; 3. Azərbaycanın beynəlxalq aləmlə geoiqtisadi münasibətləri; 4. Azərbaycanın xarici aləmlə hərbi-geostrateji münasibətləri, beynəlxalq, regional və milli təhlükəsizlik siyasətinin əsasları) nəinki dövlətimizin əsas siyasətinin sütununu təşkil edir, bu həm də dövlət siyasətinin preroqativləri hesab edilir. Göstərilən istiqamətdə düzgün siyasətin aparılması dövlətimizin nüfuzunu regionda və dünyada yüksəltməklə yanaşı, dövlətimizin vətəndaşlarının rifahını yüksəldir, onun etibarını qazandırır, çünki “hakimiyyətin mənbəyi xalqdır” müddəası 1995-ci ildə qəbul edilmiş Ana Yasamızda yazılıb".

Y.Oğuz Ə.Həsənovun müəllifi olduğu əsərin üstün cəhətləri barədə də “Azərbaycanın geosiyasəti Əli Həsənovun tədqiqatında” kitabında geniş bəhs edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti