...

"Bir uğur üçün..." adlı təlimin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2016 11:11 (UTC +04:00)
Bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası satış bazarları uğrunda rəqabət mübarizəsinin kəskinləşməsinə səbəb olub.
"Bir uğur üçün..." adlı təlimin təqdimatı keçirilib (FOTO)

Bakı. Trend:

Bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası satış bazarları uğrunda rəqabət mübarizəsinin kəskinləşməsinə səbəb olub. Hazırkı şəraitdə yalnız bazarın, istehlakçıların tələbatını, davranışını və alış motivini öyrənən və onlara uyğun məhsul istehsal edən və onun satışını yüksək effektlə həyata keçirən müəssisələr bazarda rəqabət üstünlüyü əldə edə və bazar uğuru qazana bilir. Buna isə istehsal-satış fəaliyyətini müasir marketinq prinsipləri əsasında təşkil edən müəssisələr nail ola bilər.

Qeyd olunan məsələlərin mənimsənilməsini asanlaşdırmaq məqsədilə Bioloji Təbabət Klinikasında "BSC Consulting & Outsourcing" şirkətinin təşkilatçılığı ilə şirkətin Marketinq departamentinin rəhbəri Tural Abbaslının “Bir uğur üçün...” adlı təlimin təqdimatı keçirildi.

Tədbirdə iştirak edən Bioloji Təbabət Klinikasının satış nümayəndələri ilə marketinqin proqnozlaşdırılması, iş planının tərtib olunması, biznesin inkişafında marketoloqun rolları, biznesdə satışın səmərəli təşkili və inkişafında yaradılan imkanlar və s. haqqında marketinq komandası üçün dəyərli məlumatlar paylaşıldı. Bundan başqa, “Nə satırıq və niyə satırıq?”, “Keyfiyyətli satış nümayəndəsi necə olmalıdır?”, “Satış nədir və necə formalaşdırılmalıdır?” kimi bütün satış nümayəndələrini maarifləndirən mövzular ətrafında fikir mübadiləsi aparıldı. Aparılan sorğu nəticəsində şirkətin satış və marketinq strategiyasında faktiki mövcud olan problemlər aşkarlandı və həll metodları istiqamətində ilkin təkliflər verildi. Bu tədbir də "BSC Consulting & Outsourcing" şirkətinin təşkil etdiyi növbəti uğurlu təlim kimi bir çox problemlərin həllinə dəstək oldu.

Son illərdə ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi, ölkədə rəqabət mühitinin yaranması və bunların nəticəsində rəqabət mübarizəsinin kəskinləşməsi ölkəmizdə də marke­tinq konsepsiyasının öyrənilməsinə və müəssisələrin fəaliyyətində onun tətbiqinə marağı хeyli artırıb. Bu səbəbdən də marketinq istiqamətində daha faydalı olan autsors xidmətlərindən faydalanmaq geniş yayılıb. Təsadüfi deyil ki, ölkəmizdə fəaliyyət göstərən böyük korporasiyalar autsorsinq fəaliyyətindən daha çox yararlanmaqdadır. Bir çox iri korporasiyaların seçimi olmuş "Business Servise Center (BSC) Consulting & Outsourcing Company" bu xidmətləri göstərən qabaqcıl və ilk şirkətlərdəndir. Artq 20 ildir öz sektorunda fəaliyyət göstərən "BSC Consulting & Outsourcing Company" öz xidmətləri ilə böyük müştəri məmnuniyyəti qazanıb. Maliyyə, mühasibatlıq, insan resursları, hüquq və marketinq sahəsində xüsusi ixtisaslaşmış komanda ilə fəaliyyət göstərən "Business Service Center" autsoursinq ənənsinin formalaşmasında xüsusi rol oynayır. 20 il ərzində 40-dan çox daimi müştəri qazanaraq öz xidmətlərini təqdim edən şirkət bu müddət ərzində böyük komandası ilə yüzlərlə müxtəlif tipli şirkətlərə də öz dəstəyini göstərib. Satışın hüquqi tənzimlənməsi, debutor-kreditor borclar üzrə fəaliyyətin qurulması və izlənilməsi, iş yükünün dəyərləndirilməsi, müasir maliyyə-mühasibatlıq sisteminin qurulması və icrası kimi bir çox xidmətləri ilə bütün biznes sferasına xidmət göstərən "BSC Consulting & Outsourcing Company" öz xidmətlərini Sizə təqdim etməkdən böyük məmnunluq duyur.

Şirkətin fəaliyyəti, müştəri portfeli haqqında ətraflı məlumat: http://www.bsc.az/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti