...

Azərbaycan "Şimşək" silahını beynəlxalq sərgidə nümayiş etdirir (FOTO)

Cəmiyyət Materials 30 Sentyabr 2016 10:12 (UTC +04:00)
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tank və zirehli texnika üçün nəzərdə tutulan "Şimşək" silahını nümayiş etdirir.
Azərbaycan "Şimşək" silahını beynəlxalq sərgidə nümayiş etdirir (FOTO)

Bakı. Samir Əli - Trend:

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tank və zirehli texnika üçün nəzərdə tutulan "Şimşək" silahını nümayiş etdirir.

Trend-in məlumatına görə, 2016-cı il istehsallı "Şimşək" 360 dərəcə radiusda fırlanır. Silah, əsasən, döyüş maşınlarının üzərinə quraşdırmaq üçün nəzərdə tutulub. Silah ekonom oturacaq, 60 dərəcə qalxma bucağı, mənfi 14 dərəcə enmə bucağına malikdir.

Silah rəngli ekran, gecə və gündüz müşahidə kameraları ilə təchiz edilib. İkikalibrli silahın hədəfi aşkaretmə qabiliyyəti var. Silahın aşkaretmə zonası 4.5 km-dir.

Hazırda Azərbaycan Ordusunda bu silahlardan istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti