...

Məşhur ispan jurnalisti BDU-da (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2016 17:09 (UTC +04:00)
YUNESKO-nun Valensiyadakı mərkəzinin rəhbəri BDU-da olub.
Məşhur ispan jurnalisti BDU-da  (FOTO)

Bakı. Trend:

V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizə gəlmiş Nobel mükafatçıları, görkəmli ictimai-siyasi xadimlər, universitet rektorları və digər rəsmi şəxslərin Bakı Dövlət Universitetində də görüşləri, mühazirələri təşkil olunur, əməkdaşlıq müqavilələri imzalanır.

BDU-nun mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, YUNESKO Valensiya - Aralıq dənizi Mərkəzinin və Kommunikasiya Vasitələri üzrə Valensiya Elmlər Doktorları Assosiasiyasının prezidenti, məşhur ispan jurnalisti Xose Manuel Gironeslə Bakı Dövlət Universitetində keçirilən görüş də bu silsilədəndir.

Rektor, akademik Abel Məhərrəmov Xose Manuel Gironesin universitetə gəlişini yüksək qiymətləndirib, görüşün əməkdaşlığın gələcək perspektivlərinə təsirsiz ötüşməyəcəyini bildirib.

Beynəlxalq Humanitar forumu haqqında, mədəniyyətlərarası əlaqələrin gücləndirilməsində Böyük İpək Yolunun əhəmiyyəti barədə danışan Xose Manuel Girones Valensiyada keçirilmiş YUNESKO-nun İkinci beynəlxalq görüşünün “İpək yolu” onlayn platformasının təşkilatçısı kimi görüdüyü işlərdən, son illər YUNESKO-da reallaşdırdığı layihələrdən bəhs edib, bu təşkilatın fəaliyyət istiqamətləri və mexanizmi ilə bağlı əsas məqamları xatırladıb. Qonaq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın YUNESKO - Azərbaycan əməkdaşlığının inkişafı istiqamətindəki uğurlu fəaliyyətindən də bəhs edib.

Sonra qonaq Jurnalistika fakültəsinin Tədris-teleradio studiyasında olub, müəllim və tələbələrlə görüşüb. İqtisadi eqoizmi, mədəni korluğu pisləyən professor Xose Manuel Gironesin bəşəri sülhdən, İspaniyanın qızıl dövründən, multikultural əlaqələrdən, həmçinin jurnalistikanın iqtisadi qüvvəsindən danışıb.

Qeyd edək ki, Xose Manuel Xirones Madrid Komplutens Universitetinin jurnalistika üzrə elmlər doktoru və Fernando Pessoa de Oporto Universitetinin fəxri doktorudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti