...

İƏT: Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif mədəniyyətlərin bir araya gətirilməsində vacib məkana çevrilib

Cəmiyyət Materials 29 Sentyabr 2016 13:44 (UTC +04:00)
“Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif dinlərinin və mədəniyyətlərinin nümayəndələrinin bir araya gətirilməsi üçün vacib məkana çevrilib”.
İƏT: Bakı Beynəlxalq Humanitar Forumu müxtəlif mədəniyyətlərin bir araya gətirilməsində vacib məkana çevrilib

Bakı. Elçin Mehdiyev - Trend:

“Bakı Beynəlxalq Humanitar Forumu dünyanın müxtəlif dinlərinin və mədəniyyətlərinin nümayəndələrinin bir araya gətirilməsi üçün vacib məkana çevrilib”.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən V Beynəlxalq Humanitar Forum çərçivəsində panel müzakirələri zaman İslam Əməkdaşlıq Təşkilatı baş katibinin köməkçisi Heşam Yussif deyib.

O bildirib ki, Forumda dünyanı narahat edən vacib məsələlər müzakirə edilir, çox mühüm görüşlər keçirilir.

H.Yussif əlavə edib ki, dünyada münaqişələrin ədalətli həlli tapılmadan sülhün bərqərar olması mümkünsüzdür: “Bu baxımdan bu məsələləri müzakirə etmək üçün bu cür forumların keçirilməsi vavibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti