...

Gələn il daha 10-dan çox rayon və şəhər müəllimlərinin əmək haqları artırılacaq

Cəmiyyət Materials 29 Sentyabr 2016 14:31 (UTC +04:00)
Gələn il Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək rayon və şəhərlərin sayı artırılacaq.
Gələn il daha 10-dan çox rayon və şəhər müəllimlərinin əmək haqları artırılacaq

Bakı. İlhamə İasabaleyva - Trend:

Gələn il Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək rayon və şəhərlərin sayı artırılacaq.

Trend-in məlumatına görə, 2017-ci ilin dövlət büdcəsində bunun üçün vəsait nəzərdə tutulub.

Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, daha bilikli insanların bu peşəni seçməsinə stimul yaradılması, müəllimlərin həftəlik dərs yükünün optimallaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikasında, Bakı şəhərində və respublikanın 12 şəhər və rayonunda (Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı, Sabirabad) müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Həmin tədbirin tətbiqi hesabına dövlət orta məktəblərində çalışan müəllimlərin həftəlik dərs yükü norması 12 saatdan 18 saata qədər çatdırılaraq onların aylıq vəzifə maaşları 2 dəfə artrırılıb.

2017-ci ildə isə Naxçıvan MR-da, habelə respublikanın 26 rayon və şəhərində dövlət orta məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələrinə əlavə 80 milyon manat proznozlaşdırılıb. Növbəti mərhələdə respublikanın qalan 26 şəhər və rayonunda bu prosesin davam etdirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti