...

“Turizm həftəsi”ində ekskursiyalar davam edir (FOTO)

Cəmiyyət Materials 29 Sentyabr 2016 14:18 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi sentyabrın 27-dən başlayaraq Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edib.
“Turizm həftəsi”ində ekskursiyalar davam edir (FOTO)

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi sentyabrın 27-dən başlayaraq Beynəlxalq Turizm günü ilə əlaqədar “Turizm həftəsi” elan edib.

İdarədən Trend-ə verilən məlumata görə, “Turizm həftəsi” çərcivəsində Azərbaycanın milli sərvətlərinin, tarixi abidələrinin, xalçaçılıq incilərinin gənclər arasında təbliği və onların bu sahədə məlumatlandırılması məqsədilə ekskursiyalar keçirilir.

28 sentyabr tarixində Nizami rayonu 1 nömrəli Uşaq evinin sakinləri Milli Azərbaycan Tarixi Muzey ilə yaxından tanış olublar.

Uşaqlar muzeyin ən qədim dövrdən bu günə kimi Azərbaycan tarixini əks etdirən ekspozisiya zalları ilə tanış olublar.

Qeyd edək ki, bu həftənin sonuna qədər uşaqlar Bakı şəhərinin müxtəlif muzeylərində ekskursiyalarda olacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti