...

Bakıda “Number One” Beynəlxalq Mükafatlandırma Mərasimi keçiriləcək

Cəmiyyət Materials 30 Sentyabr 2016 13:19 (UTC +04:00)
Artıq dördüncü ildir Azərbaycanda keçirilən “Number One” Beynəlxalq Mükafatlandırma Mərasiminin bu il keçirləcəyi vaxt və məkan müəyyənləşib.
Bakıda “Number One” Beynəlxalq Mükafatlandırma Mərasimi keçiriləcək

Bakı. Trend:

Artıq dördüncü ildir Azərbaycanda keçirilən “Number One” Beynəlxalq Mükafatlandırma Mərasiminin bu il keçirləcəyi vaxt və məkan müəyyənləşib.

Trend-in məlumatına görə, hər il ulduz axını ilə müşahidə olunan mükafatlandırma mərasimi bu il 30 noyabrda Badamdar Hoteldə baş tutacaq. Tanınmış simalar, xalq artistləri, televiziyalar, verilişlər, müğənnilər, aktyorlar, filmlər və media nümayəndələrinin iştirakı ilə “Number One” uğrunda hər il olduğu kimi bu il də qızğın mübarizəyə start verilib.

Bu barədə layihənin Azərbaycan üzrə rəhbəri, teleaparıcı Tural Ozan məlumat verib. T.Ozan bildirib ki, bu il layihə daha möhtəşəm və sürprizlərlə bol keçəcək: “Ən nüfuzlu nömrə bir mükafatlarına sahiblənəcək hər şəxsə uğurlar arzu edirik”.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az və Azernews.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti