...

Birinci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi təklif edilib

Cəmiyyət Materials 30 Sentyabr 2016 13:38 (UTC +04:00)
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsini təklif edib.
Birinci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi təklif edilib

Bakı. Trend:

Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsini təklif edib.

Trend-in məlumatına görə, millət vəkili həmkarı Məlahət İbrahimqızının təklifini dəstəkləyərək 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib.

O deyib ki, bu adamların sayı çox deyil: "Yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Onların təhsil haqqından azad edilməsi məsələsinə baxılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti