...

Korrupsiyaya görə 171 cinayət işi tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib

Cəmiyyət Materials 1 Oktyabr 2016 10:29 (UTC +04:00)
Korrupsiyaya görə 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.
Korrupsiyaya görə 171 cinayət işi tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib

Bakı. Trend:

Korrupsiyaya görə 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş prokuroru Zakir Qaralovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Qeyd olunur ki, korrupsiyaya qarşı mübarizənin aparılmasında prokurorluq orqanlarının həyata keçirdiyi fəaliyyətin, yerinə yetirdiyi vəzifə və funksiyaların əhəmiyyəti, görülən işlərin çevikliyi və effektivlliyi artıb:

"Belə ki, 1 oktyabr 2015-ci ildən 1 oktyabr 2016-cı ilədək Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 31 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb. “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlərlə bağlı Baş İdarədə aparılan araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədilə müvafiq təskilatlara təqdimatlar verilib, həmin təqdimatlara əsasən bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının ara­dan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib, 271 şəxs barəsində 171 cinayət işi tamamlanaraq baxılması üçün müvafiq məhkəmələrə göndərilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti